Bir olanda
Süzüldükcə ayna bulaq,Şehdən sırğa taxar yarpaq.Büsat qurar hər bağça-bağBülbüllə gül bir olanda.
Əl-ələ tut, qol-qola gəz,Təmiz eşqə yoxdur əvəz.Əğyar yaxın düşə bilməzHəm sirr, həm dil bir olanda.
Ürək coşar, qan qaynayarBir sözündən sənin a yar.Günəş çalar, ay oynayar,İki könül bir olanda.
Kitabxana.az · https://kitabxana.az/en/works/islam-seferli-bir-olanda
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets · Love
Məktubun intizarında
Məhəbbət bağının sərvi-rəvanı,Məlahət bağının tazə fidanı,
Qəzəl: Könül ixlas tutmaq bivəfa cananə müşküldürKönül ixlas tutmaq bivəfa cananə müşküldür,Həqiqət bilməyəndən dağ çəkmək cana müşküldür
Yadındamıdır?Ey hüsni-mücəssəm mələkim, nazlı nigarım,Ey idulim, ey idyalım, ey sevgili yarım,
Gəraylı: Ey ağalar, bu gözəldənEy ağalar, bu gözəldən,Mən dönərəm, könül dönməz,