Bizim ZAQS müdirimizEvlənmək üçün əsir;Özünə umac ovammır,Xalqa əriştə kəsir.

İşi kəbin kəsməkdir,Özü subay dolanır.Qızlar ərə getdikcə,Odsuz-ocaqsız yanır.

ZAQS idarəsindənO baxdıqca qızlara.Tamahından az qalır,Gözləri də qızara.

Nə olsun ki, bir qədər,Kasıbdır boy-buxundan.Ancaq dildə-ağızda,Dövlətlidir çoxundan.

Qadın var ki, istəyir,Kişi dilavər olsun.Qadın var ki, fərqi yox,Təki elə ər olsun.

Qadın var ki, sir-sifət,Onun üçün əsasdır.Bizim ZAQS müdiri dəBu sarıdan həssasdır.

Elə ona görədirDəlləklər gəlib cana.Moda atelyeləriSanki işləyir ona.

Gah qalife geyinir,Gah qabardin, gah “Metro”.Tanış-biliş qızlaraTəki gözəl gəlsin o.

Bu gün bəyəndiyi qız,Sabah nişanlı çıxır.Yaman dərddir subaylıq,Təklik qəlbini sıxır.

Bu yerlərə gələli,Deməyin ki, dərd edir.Ev-eşik də düzəldib,Dərdi novruz dərdidir.

Hərdən özünü kəndinKlubuna toxuyur.O, evlənmək haqqında,“Mühazirə” oxuyur.

Eynəyinin altından,Elə baxır ki, hərdən –Dərdli olsan o dəmdə,Boğularsan qəhərdən.

Subay qızların da ki,Qəlbindən çox şey keçir.Bizim ZAQS müdirisəHələ qız seçir... seçir...

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets