Əziz ata, itgin gedən fərzəndinAğla hey düşəndə yada doyunca.Mənim gərdənimdə çarxın kəməndi,Dolandırar bu dünyada doyunca.

Məndən dost-qohuma azca gileylə,Nə qarğa, dalımca nə hədyan söylə.Əl götür duaya, minacat eylə,Bəlkə, yetəm bir murada doyunca.

Halal qıl İmanı, qohum-qardaşım,Çeşmim ağlar, qaranlıqdı günəşim.Əgər bir ilahi düzəltsə işim,Şad olaram Kərbəlada doyunca.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Wisdom and advice