Hicran yürüş etdi, qəm aldı canım,Ağlar gözüm, qanlı yaşlar tökər hey.Dərdü-möhnət bürüyübdü hər yanım,Qoşub dildə qəm kotanı əkər hey.

Kim mənim tək tənə sözlər götürdü?Zəhmət çəkib, çox cəfasın itirdi?Dərd artdı sinəmdə, həddin ötürdü,Hesabınan dağı-daşı çəkər hey.

Əzəl gündən mehman oldum yad elə,Dərdim Qafa döndü, göz yaşım selə.Novrəs İman, işin düşdü müşkülə,Cavan qəddin yar fəraqı bükər hey.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love