Nara hey yanar
Sədada səd mənəm, qəm bənasıyam,Hicranda cəsədim nara hey yanar.Cavanlar əzbəri, xoş səfasıyam,Xəstə can ağlayar nara hey yanar.
Xəstə meyl eyləyər heyvaya, nara,Canım, möhnət ara, hey vay an, ara.Səqərdə cəsədi, cismi yanaraVerər bəndələrə nə ara, hey yanar.
İman, çağır dada, ay ağa yetər,Dolanar xoş günün ayağa yetər.Cəsəd cansız qalar, ay ağa yetər,Yar çəkər dilindən nara, hey yanar.
Kitabxana.az · https://kitabxana.az/en/works/novres-iman-nara-hey-yanar
Use ← → keys to move, R for a random poem