Beş gəlmə sin ilən bir lam içindəOn dörddü cəmində qeyri sinayə.Aşıq dildə sinayə,Üç nisbətdi sin ayə.Yeddi beşlən mücəssəm,İki tək bir sin ayə.Səkkiz onu istər biri lam içində,Bir qətrəsi olur qeyri sinayə.

Dildə əzbər, əldə ləngər bir ayə,On səkkizdən iyirmidi bir ayə.Aşıq oxur bir ayə,Dörd mənzildi, bir ayə.Altıdan beşi çıxdım,Yerdə qaldı bir, ayə.Şux camaldan zikr elədim bir ayəO üç kəlmə bənzər qeyri sinayə.

Səd sal, seyr elə sən seyri-yasində,Bir gülə təşbehdi seyri-yasində.Aşıq seyri-yasində,Könül seyri-yasində.Qırx kənarda, altı əldə,Ruhum seyri-yasində.İman qəm bəsləyir seyri-yasində,Üç gülə bəstəyəm, qeyrisi nayə?

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets