Nə qala sən, sən
Gəldi sərin cəngə, titrər əzalar,Nə dərdə qalarsan, nə qala sən, sən.Sinən eşqin ataşından az alar,Nə dincəl, ətəklə, nə qala sən, sən.
Dərs alanlar zikr eləyər hər aya,Gedəcəkdi, gedəcəksən haraya.Çağırar ağasın, yetər haraya,Nə qala ləşgərin, nə qalasan sən.
İman, səni gəndi çəkər ay ala,Alar canın, həsrət qalar əyala.Nə səngsən, nə səngərsən, a yala,Nə hasar deyilsən, nə qalasan sən.
Kitabxana.az · https://kitabxana.az/en/works/novres-iman-ne-qala-sen-sen
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets
Aşıq olan şövqə gəlməz,Şövqü-güzar olmasa.
KəramətƏya ey mərdümi-aləm, baxın bu bir rəvayətdir,Bu əsrin xalqına ancaq münasib bir hekayətdir
GördümNəmirli, Zəngəzur əhlin fəna işlər edən gördüm,Nə insan kəlməsin qanmış, nə bir düz yol gedən gördüm
Bir kəs ki, qəm düçarı ola, ağlar, ağlamazBir kəs ki, qəm düçarı ola, ağlar, ağlamaz?Ənduhu qüssə yarı ola, ağlar, ağlamaz?