Bir şəhərdə altı dərviş,Onun pak əsası var;Daş gətirib kərpic verənOn nəfər bənnası var.Bir şəhərində qırx səkkiz minSəkkiz yüz səksən səkkiz sərvəri,Yeddi min iki yüz quldu,Haqdan nişanası var.

O qulların altı dəstəVar qabaqda ləşkəri;Hər birisi yeddi mindən,İki yüzdü səfləri;Min səkkiz yüz pəhləvanıƏvvəl bağlar səngəri;Yeddi min səf, iki yüz cəmAçılan aynası var.

Altı min yüz iyirmi ər,Min səkkiz yüz dəstəsi;Min səkkiz yüz doqquz yüzəOdu fövcün bəstəsi;On iki min iki yüz qırxQoşunun şikəstəsi;Altı min yüz iyirmininMin səkkiz yüz xası var.

On dörd min qırx şəm-çırağıHökm edər min səksənə;İki nəfər rəzm içindəOna baxar, gah sənə;Bir hakimi müqərrərdi,Dilin açar əhsənə;Beş beş yetər iyrim beşə,Beşin çox mənası var.

Bu gün mən istərəm açamƏr aşıqlar meydanı;Pirim mana nüsrət versə,Tək alaram dünyanı.Toxunmayın, incitməyinSiz bu Novrəs İmanı;Tifil ikən dərd əhlidi,Canda qəm dəryası var.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets