Çətindi
Həqiqi insanın, istəkli canınBir-biriynən irəftarı çətindi.Dostu-mehribanın, düzgün olanınBircə zərrə diləfkarı çətindi.
Gərək inciməsin bir kəlmə sözdən,Nalayiq dilinnən, bədtərin gözdən,Kəlmə döndərməyə, keçməyə üzdən,Axtaranda külli-varı, çətindi.
O dinəndə, bu da durub dinməyə,Hərdəm ucalanıb, hərdəm enməyə,Ölən vaxtı kimi qəlbi dönməyə,Ha çalışsan, aşikarı, çətindi.
Dar gündə istəyə, gen gündə nə var,Təbi nazik, sədaqətli, umidvar,Dura bir-biriynən ola köməkkar,Hər işində cəm inkarı çətindi.
Məhəbbət kənardan gündə çoxalar,Yaxınlıqda zərrə-zərrə azalar.Bədəsil anlamaz, dönüb yad olar,Olmaz onun etibarı, çətindi.
Dost dostun həqiqi tuta əlini,İş düşəndə dönrəməyə dilini,Ana-bacı bilə qızı, gəlini,Saxlamaqlıq o ilqarı çətindi.
Yolunda ürəkdən doğru baş qoyan,Səhv işi ölümdür, yamandır, yaman.Fənadan əl üzən biçarə İman,Gəlmələrinin hər bazarı çətindi.
Kitabxana.az · https://kitabxana.az/en/works/novres-iman-cetindi-2
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets
Rüxsarın ətrafında nə xoşDüşübdür danə xalların
Tarixçi aliməÇox da tərifləmə bu qalaçanı,Babalar adından danışma çox da.
Qəzəl: Nə bədxudur gözəllər hər kimi gördükdə nişlərNə bədxudur gözəllər hər kimi gördükdə nişlər,Çəkərlər təyğ əbrudən nəzər əhlin qılışlər
Nə bilsinBir kimsə ki şəhadəti bilməyə,Qul əuzü rəbbin-nası nə bilsin,