Onun istəyi
– Söylə mənə, söylə mənə, uçuq səngər,Hansı igid itirmişdir bu çantanı?İndi harda ömür sürür həmin əsgər,De, hardadır Vətənimin qəhrəmanı?
Səhər-səhər göy üfüqlər geyəndə al,O da durub yollanarmı iş yerinə?Maşınıyla qazıyaraq təzə kanalTəbiəti mat qoyurmu hünərinə?
Yaşayırmı həmin əsgər? Yoxsa o daŞəhid olub bu yerlərdə “Vətən” – deyə?Yox, bu fikir ürəyimi salır oda,Dilim yanır bu sözləri deyə-deyə.
Açan zaman bu çantanı yavaş-yavaş,Rəngi solmuş bir varağa nəzər saldım:“...Bu qaranlıq səngərlərin üstündə kaş,Şəhər salıb, çilçıraqlar yandıraydım!”
Ah, mən indi duydum ki, bax, bu çantadaBir mühəndis ürəyinin eşqi varmış.Mən duydum ki, saf əməllər düşsə oda,Yer altına gömülsə də, yaşayarmış.
Dedim: gecə hücum vaxtı bu çantanı,Həmən əsgər bəlkə burda itirmişdir?Dedim: gözəl arzuları bu cavanı,Bəlkə yenə Kaxovkaya gətirmişdir?
İndi onun uzandığı səngərlərinÜzərində kanal çəkib, gül əkirik;Boz çöllərin simasını dəyişərək.Evlər tikir, bağlar salır, yol çəkirik.
Bəlkə o da bizim kimi erkən durur,Maşınını Kaxovkada işə salır?Bəlkə o da plan çəkir, bəndlər qurur,Şoranlıqlar qucağında meşə salır?
Mən sevirəm o cavanın arzusunu,O arzuda gülümsəyir əbədiyyət.Gözəl dostum, yaxşı bil ki, sən də bunu,Xəyalının meyvəsidir bu həqiqət.
Kitabxana.az · https://kitabxana.az/en/works/islam-seferli-onun-isteyi
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets
Rəxtin al geyimiş bağçaya gedir,Başına götürmüş buta bağları,
Dünya, sənin etibarın yox imiş(Mirzəcanın vəfatı münasibətilə)Dünya, sənin etibarın yox imiş,
هر تیر که آن ترک سبک سایه زندبر سینه عاشقان بی مایه زند
Mürəbbə: Ey gözəllər şahı, şux-u nazəninEy gözəllər şahı, şux-u nazənin,Yetişib hökmün kül cahanə.