Bıçaq yarası
Bir şeir yazım deyə alıb kağız parası,Mən yuxusuz qalıram bəzən bütün gecəni.Əlimin üstündəki kiçik bıçaq yarası,Gətirir xatirimə unudulmaz səhnəni:
...Odur, öz dəstəmizlə dumanlara bürünür,Düşmən istehkamına sinə-sinə sürünür.“Ura!” – deyib son kərə,Tullanırıq səngərə!
Əlbəyaxa vuruşda ön tərəfdən bir yağıSaplamaq istəyərkən sinəm-üstə bıçağı –Mən cəldliklə bu zamanEdib əlimi qalxan,Naqanla sərib onu, ayaqlayıb keçirəm,Yaralanmış əlimlə faşistləri biçirəm.
Artıq xeyli keçibdir, bax, o zamandan bəri,Xəyalımdan getməmiş hələ döyüş illəri.Düşmən kəsə bilmədi mənim bu sağ əlimi.Bu gün min bir ilhamla tutaraq mən qələmi,Düşmənə, yağılara, yada qarşı yazıram,Qanlı imperializmə ölüm marşı yazıram!..
Kitabxana.az · https://kitabxana.az/en/works/islam-seferli-bicaq-yarasi
Use ← → keys to move, R for a random poem