Şeh yarpaqda yaxşıdır,Paltarına qonmaya.Qar yaylaqda yaxşıdır,Aranda çay donmaya.

Hər insan öz elində,Obasında yaxşıdır.Qələm ustad əlində,Qılınc qında yaxşıdır.

Qəvvas, üz dərin-dərin,Ləl dərində yaxşıdır.Dayazlıq acizlərinNəzərində yaxşıdır.

Hələ uşaq olandaŞirin nağıl yaxşıdır.Saç-saqqal ağardanaBeyin, ağıl yaxşıdır.

Nisyə yağlı ümiddənYavan tikə yaxşıdır,Bir yarıtmaz igiddənArıq təkə yaxşıdır.

Dost xoş gündə tanınmaz,Dar ayaqda yaxşıdır.Nəğməni el üçün yaz,O, dodaqda yaxşıdır.

İnsan oğlu həmişəBirsifətli yaxşıdır.Alova, oda düşəMətanətli yaxşıdır.

Həyatda öz yeriniHər kəs bilsə yaxşıdır.Gizləyib kədəriniGözlər gülsə yaxşıdır.

Külək kəsib səsiniHəzin əssə yaxşıdır,Kürçaylı nəğməsiniBurda kəssə yaxşıdır.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets