Keçirəm yanından doğumxananın,Alır qulaqlarım körpə səsini.Dünən bir gəlinin – bu gün ananınGörürəm utancaq gül çöhrəsini.

Görürəm bir ata əlində çiçəkHasardan boylanıb baxır içəri.Günəşi axtaran günəbaxantəkBir körpə, bir ana gəzir gözləri.

Ana gülümsəyir,Körpə ağlayır,Gözündən bir gilə yaş çıxmır, lakinİnsanı əbədi zülmətdən ayırNura at –sevincdən ağlayar yəqin!

Kənarda bir cavan şəfqət bacısıDüzür körpələri pinqvin sayaq.Hələ analığın ağrı-acısı,Nəşəsi o qızdan uzaqdır, uzaq.

Görürəm özünü qız unudubdur,Əlində təzəcə dinən bir həyat.Elə bil əlində ərzi tutubdur,Salsagünəş sönər sanki o saat.

Hər gün yüz taleyə dəyir o əllər,Talelər!Ağı da, qarası da var.Körpələr bir cildsiz kitaba bənzər,Hələlik açılıb oxunmayıblar.

Hələlik görünmür kirpiksiz gözlər,Hələlik seçilmir göz üstə qaş da.Hələlik bilinmir o totuq üzlərBahar da görəcək, xəzan da, qış da.

Hələlik divarı doğumxananınƏks edir onların o xoş səsini...Dünən bir gəlinin, bu gün ananınGörürəm utancaq, gül çöhrəsini.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Nature and spring