Eyham toru tullayanda ArazaHörmət səddi tapdanmasın arada.

Mən neçə yol danışmışam Arazla...Hansı dildə danışmışam? –Bilmirəm!Quş dilində danışmışam? –Bilmirəm!Daş dilində danışmışam? –Bilmirəm!Mən neçə yol danışmışam Arazla...

O, dərəyə «Mənim» – deyibMən: «Mənim».Deməmişik: «Mən səninəm», «sən mənim».Deməmişik: Dili birik, yolu bir:Barı birik, varı birik, yoxu bir.Yan-yanaşı uzanmışıq dərədə,Deməyinən uzunmuşuq dərədən –Mənim sözüm köpüklənib nahaqdan,Onun səsi köpüklənib nahaqdan.Nə yaxşı ki, bunu duyan olmayıb,Səsimizi qayçılayan olmayıb.Hər dərəyə sığmaq olar Arazla.Hara desən axmaq olar Arazla.Möhürlərə suyu yatmaz Arazın,Hay aldatmaz, vay aldatmaz Arazı:Hər yedəyə noxtalanmaz çaydı o,Üfürməklə laxtalanmaz çaydı o.Lili təmiz çox ürəyin lilindən.Döyüş olar, söyüş olmaz dilində,«Al» deməmiş, gödən çəkib «ver» – demir.

Daşdı – daşır,Susdu – susur, üzü bir.Mən də ona Aran çayı deyimmi?Araz dilli, «Ara çayı» deyimmi?Bəlkə elə demişəm də, bilmirəm.Hansı ağlın yenişində? – Bilmirəm.Araz dili nə qılıncdı, nə hədə:«Mənim» olmaz, «bizim olan» zərrə də.

Səninləyəm, şər oğlu şər, səninlə,Özü tikan, adı bəşər, səninlə.Bu sərhəddə çox təzadlar görmüşəm.Yad doğmalar, doğma yadlar görmüşəm.Sağsağanlar xalı hörür – görmüşəm,İt böyürüb, dana hürüb – görmüşəm.Gəl, haqq sözü bölüşdürək səninlə,Bölünməzi bölüşdürək səninlə.Tufanları bölüşdürək səninlə.Meylin çəkir: bu daşı çat dalına,Apar, bəlkə papaq oldu dağına.Meylin çəkir: sərib qurut bu çayıQurumasa, daşla, qudurt bu çayı,Qurtum-qurtum daşıya da bilərsən,Yatağını qaşıya da bilərsən,

Araz dili nə qılıncdı, nə hədə,Sənin olmaz bizim olan: zərrə də.Səninləyəm, sahildə az qurcalan,Yenə dolub daş-kəsəklə xurcunun.Bir daş atıb, gəl oyatma min daşı,Ünvanına alqış yetə bir qaşıqAraz daşı ələməkdə mahirdi,Ələyib qum eləməkdə mahirdi.Mən neçə yol danışmışam Arazla...Araz dili: ürək dili, göz dili,Torpaq dili, hava dili, göy dili.Mən neçə yol danışmışam Arazla...

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Homeland