Bir gecə ölümlə baş-başa yatdım,Bir gecə qoymadım işıqlar sönə.Kimsə ulduzları qoparıb atdıBu gecə şəhərin küçələrinə.

Ölüm yarasaymış, əsil yarasa;İşıqdan çiyrənib – zülmətdə itir.Ən ağır şivənə, ən ağır yasaƏldə işıq gedin, gözdə nur gedin.

Bir gecə ölümlə baş-başa yatdım,O görə bilmədi məni yanında.Bir gecə ölümü yaman aldatdım,Ölüm kor olurmuş işıq yananda.

Yanvar, 1972

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Death