Şöhrətə atılan güllə
İlya Çavçavadzeni öldürən gülləindi onun ev-muzeyində saxlanılır.
Bir dərə bağırıb güllə səsindən,Açılıb döşlərdə yarğan-yaralar.Bir qaya hellənib dağ zirvəsindən,Bəlkə şairi yox, onu vuralar.
Çıxıb mehvərindən fayton çarxları,Atlar göy qaşıyıb dırnaqlarıyla.Səksənməsin deyə gürcü dağlarıO, boğub səsini dodaqlarıyla.
Qırmızı püskürüb vulkan sinəsi,Ağaclar qırmızı yarpaq gətirib.O gün düşmənini al qan sinəsiÖzüylə evinə qonaq gətirib.
Döşündə yatmayıb qurğuşun qonaq,Keşikçi dayanıb ev sahibinə.Baxıram, boz kini indi də oyaq...Qorxur oyadarlar, oyanar yenə...
Uyuyur bir evdə ilham, xəyalət,Şair ayrı deyil öz millətindən;Şöhrətin yanında dustaq – xəyanətNecə də ərimir xəcalətindən.
O, mənə çox tanış göründü, dayan!Neçə yüz illərin gülləsidir o.Bəlkə Nəsimini dabandan soyanCəllad bıçağının qəlpəsidir o.
Bəlkə də yayınıb yönəlib buraDantes gülləsinin təpdiklərindən.Qafqazda sağ qalan LermontovlaraTuşlanan tüfəngin tətiklərindən.
Sabirə tuşlanan hiylələr hərdənNizəyə dönməyi bacarmayanda,Tiflisin xəyanət muzeylərindənSifarişlər gəlib yəqin o anda.
Baxıram, bir xurma dənəsi boydaBir güllə nə dondan, nə dona girir.
Bəzən bir elatın qurduğu toydaMin illik adətin qoynuna girir.
Sürünür şöhrətin quyğurunda o,Keçib divar olur, yeri gələndə,Bir az aralı dur, aralı, qatso,Qurğuşun göyərir şair görəndə...
Kitabxana.az · https://kitabxana.az/en/works/memmed-araz-sohrete-atilan-gulle
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets
Yarəb, bu od nə oddur kim, düşdü cismü canə?Od düşdü bir ürəkdən bax cümleyi-cahanə.
Qal indiBir səfərim düşdü qərib ellərəQal, Səlmi naz, gözü yaşlı qal indi
Sultan Əbdülməcidə xitabənEy padşahım bir dur,Dərvişi fərəhnak et,
Miladdan qabaqkı danışıq dilindəMənə dəftər verin,bir də qələm...