Əlli il deyildi, əllicə gündü...Enişli-yoxuşlu... çoxları bilir.Zamanın əlində bircə bükümdü,Qatlandı, əvvəli-axırı birdir.

Otuz il əyləşdim üzü divara,Dilimdən söz əmdi körpə qələmim.Çox çəkdi özünü adil-divanaTəzə söz dilənən köhnə qələmim.

Əsrin ortaları qaynar çağlarım...Axıra əsrin də axırı düşdü.Ağır bir sənətə könül bağladım,Bəxtimə dərdin də ağırı düşdü...

– Hünərin bu yola nə yüklə çıxdı?Tapdığın nə oldu, itirdiyin nə?Nahaqqın yoluna kötüklə çıxıb,Haqqını qoşdunmu haqq qədəminə?

Kimdi o arxadan sənə daş atan? –Dönəndə dizini qucaqlayanlar?Boğazdan yuxarı ürək yaşadan,Ürəkdən aşağı baş saxlayanlar...

Tikan da göyərməz acı sözündən,Dilindən dillərə yol yoxsa asan, –Toxu bal-yağınan, acı sözünənDoyuran evlərə qonşu olmusan!..

Çox olub gölümdə üzən sonalar,Çox olub nağılçım-küpəgirənlər!Sonralar anladım, xeyli sonralar«Cibəgirən olur gözəgirənlər».

Tapışmaz, uyuşmaz, görüşməz dahaCavan günlərimlə yaşlı günlərim.Yaşar yaxşıların qayğılarındaMənalı günlərim, yaxşı günlərim.

İki qəbir daşı – iki şam kimi,Yoluma boylanır atamla anam.Uçurub əlimdən əkizlərimiTaleyin yoluna yalqız çıxmışam.

Demə, yol dolaylı, küləklər azğın,Hər seldən, gurşaddan uçmaz bu qala.Taleyin hökmünü gözləmək azdı,Taleyin hökmünü özün imzala...

8 avqust 1982

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets