Göygöl
Çiskinli bir gündə gəldim bu yerə,Dumanda görünməz – dumandı Göygöl.Tənha qayalara, lal meşələrəZülmət gecələrdə hayandı Göygöl.
Bir səhər gördüm ki, durulub yatır,Kəpəzin dibində burulub yatır.Qovulan ceyran tək yorulub yatır,Daş atdım, diksinib oyandı Göygöl.
Döşünü qayıqlar düymə tək bəzər,Dedim bu görkəmlə Xəzərə bənzər –Qızını yaylağa köçürüb Xəzər;Baxdı, cilvələndi, nazlandı Göygöl.
Yel əsdi, yarpaqlar suya töküldü,Göy çitə tünd sarı güllər tikildi...Buludla ağladı, günəşlə güldü,Deyəsən, bir kövrək insandı Göygöl...
Sentyabr, 1964
Kitabxana.az · https://kitabxana.az/en/works/memmed-araz-goygol
Use ← → keys to move, R for a random poem