Bəlkə bu yerlərə bir də gəlmədim,Duman, salamat qal, dağ, salamat qal.Dalımca su səpir yoxsa buludlar? –Leysan, salamat qal, yağ, salamat qal!

Qıy vuran qartallar yox oldu çəndə,Nərgizlər saraldı şehli çəməndə.Ey qaragöz pəri, dalımca sən dəBoylan, salamat qal, bax, salamat qal!

Gəldim, qarşıladı güllər-çiçəklər,Gedirəm, əl edir boz biçənəklər.Nidamı çaylara dedi küləklər:Bulan salamat qal, ax – salamat qal!

Dağların pələngi, şiri də sənsən,Şairi də sənsən, şeri də sənsən.Varı, bərəkəti, xeyri də sənsən –Çoban, salamat qal, sağ-salamat qal!

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Nature and spring