Mirzə Cəlilə
Göz açdın həyata vətənin nalə səsindənBəxş etdi bizə oğlunu mərd Azərbaycan.Olmaz! – dedin, – olmaz! – dedin,ey Mirzə Cəlil, sən,Azad bu Vətən qalxmasa qəflət yuxusundan.
Qəlbin alışıb yandı, gözün doldu-boşaldı,Güldün, gülüşün ah ilə əfqandı, kədərdi.Gördün vətən övladı yaman günlərə qaldı.Göylər belə, yerlər belə çəkməzdi bu dərdi,
Azadlıq oldu təbin,Dəryalar mürəkkəbin,Meşələr qələmin oldu,El dərdi ələmin oldu.
Əlsiz, ayaqsız,Köməksiz, dayaqsız,Qədim, qədim, qədimBir milləti oyatdı yuxudanhər sözüm.
Söylədin, ey xalq,keçsin gecələrin,Gülsün gündüzün.Oyan, oyan, oyan,Bax, bax, bax!
Oyanır cahan, oyanır aləm, oyanır həyat.
Cəhaləti at!Səfaləti at!Nadanlığı at!Avamlığı at!Bu Odlar yurdunda yeni bir aləm yarat!Doğdu aprel günəşiSalamladı elləri.Başa çatdı ellərinAzadlıq əməlləri.Bir cahana sığmadıAzərbaycan, vüqarın.Bəxtəvərdir, ey vətənQızların oğulların.
Ey gözəl, ey əziz ana torpağıMehriban, ey təmiz ana torpağı,Azərbaycanım, Azərbaycanım!Elmin, hünərin dünyanı heyran eləyibdir,Əhsən, vətən oğlu!Neftin gecəni nurlu çıraqban eləyibdir,Əhsən, vətən oğlu!Baxdıqca çölü, düzləri min rəngə çalır bax,El Azərbaycanı gülüstan eləyibdir,Əhsən, vətən oğlu!Bax, Mirzə Cəlil, Fatma, Tükəzbanlara bir bax.Övladi-Vətən gör necə ad, san eləyibdir!
Arzuların verdi bəhərBu diyarda,Torpaq azad, el bəxtəvərBu diyarda.Əməllərin yetir başa,Nur çilənir dağa, daşa,Bu diyarda.Ürəklərdə var heykəlinMirzə Cəlil, Mirzə Cəlil,Mirzə Cəlil!..
Kitabxana.az · https://kitabxana.az/en/works/zeynal-cabbarzade-mirze-celile
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets · Homeland
Mən söz ilə görünərəm, ayrı donda görünmərəm,Onun,bunun ətəyində sürünmərəm.
ای آفتاب روی ترا ماه مشتریجانش مباد، هرکه کند از تو دل بری
DağlarZinəti nərgizdən, tər bənövşədən,Al-yaşıl geyinib şad olan dağlar.
DağlarEşidin, dərdimi sizə söyləyim,Düşmüşəm Vətəndən aralı, dağlar!