Bir qız uşağından söyləyim sizəÜç gündür sifəti getmir gözümdən.Lap illər keçsə də, gəlsək üz-üzə,O qızı yenə də tanıyaram mən.

Yaşım qırxa çatıb ağarmış başım,Gözüm də pis görür eynək taxmasam.Əlimdən tutmayır daha yaddaşımBir şeyə on dəfə azı baxmasam.

Amma o qız mənim yadımda qaldıNə özü, nə gözü, nə hörükləri...Demirəm qəlbimi odlara saldı.Demirəm gəncliyim dönəydi geri.

O qız, qızım yaşda gözəl uşaqdıMənə bağışladı birdən aləmi,Onda ki, yerindən ayağa qalxdı,Söylədi: – buyurun, əyləşin əmi.

Mənə əmi dedi tutuldum bir az,İncidim uşağın bu söhbətindən.Qəlbimdə etdimsə buna etiraz,Amma dağa döndüm mərifətindən.

Durub bir kənarda səssiz-səmirsizBaxdı mənə sarı o xısın-xısın.Bəlkə də a dostlar, siz bilirsinizAdı, familyası nədir o qızın?

Əynində çəhrayı gödək bir donu,Əlində qəhvəyi kiçik çantası.Bəlkə dostlarımdan biridir onun –Sevimli istəkli ana-anası?

O düşdü bir yaxın dayanacaqda“Sağ ol” deyən kimi başını əydi.Mənim dalğın-dalğın bu an, bu haqda,Şeir qoşduğumu hardan biləydi?

Qoy olsun, bilməyim kimindir uşaq!Bəlkə öz qızımın rəfiqəsidir?“Buyurun əyləşin” bu səs onun yox,Elə öz qızımın zərif səsidir?

Qoy bilsin o kiçik, o ədəbli qız,Qoy bilsin bu sirri bütün uşaqlar.Zeynal əmiləri bu şeri yalnız,Gözəl uşaqlara yazmış yadigar.

Bilin incimərəm, min il yaşaram,Üzük qaşı kimi alın dövrəmi,Daha da fəxr edib cavanlaşaram,Mənə mərifətlə deseniz əmi!

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets