Dərs səhəri
Hələ səhər açılmamış, günəşdən qabaq,Yatağından tezcə qalxan uşağa bir bax,Qıvrım, qara tellərinə çəkdikcə daraq,O fərəhli gül çöhrəsi necə gözəldir,Otaq dolu qəhqəhəsi necə gözəldir!
Onun böyük sevincinə ürəyi dardır,Bu şad günü gözlədiyi yeddi bahardır.Baxın, baxın, necə şaddır, nə bəxtiyardır,Kitabları, dəftərləri necə gözəldir,Məktəblinin ilk səhəri necə gözəldir!
İlk səhəri dedim, bəli, olsun mübarək,Ürəklərdə xoş arzular açsın gül-çiçək,Daha xoşbəxt, daha gözəl günlər gələcək,Kiçik qəlbdə böyük vüqar necə gözəldir,Məktəblərə gedən yollar necə gözəldir!
Bu yollarla addımladım mən də bir zaman,O günlərim min yaşasın, çıxmaz yadımdan,Doğma atam, anam kimi əziz mehriban,Çox sevdiyim müəllimlər necə gözəldir.Dərs ilində bu ilk səhər necə gözəldir!
Odur, məktəb qapısında durmuş uşaqlar,Üzlərində böyük sevincə, böyük fərəh var.Açılmışdır, bax, laybalay geniş qapılar,Zəng vurulur, onun səsi necə gözəldir,Müəllimin dərs deməsi necə gözəldir!
Gedin, gedin məktəblərə, gedin durmadan,Elm, hünər dövranıdır bizim bu dövran!Yurdumuzda seyr etdikcə sizi hər insan,Deyir: xoşbəxt məktəblilər necə gözəldir,Dərs ilində bu ilk səhər necə gözəldir!
Kitabxana.az · https://kitabxana.az/en/works/zeynal-cabbarzade-ders-seheri
Use ← → keys to move, R for a random poem
More by this author
Yenə bahar gəlib, oyanıb aləmMən öz qazmamdayam, yerim soyuq, dar.
İki kəlməBilirsən ki, ölüm-itim həmişə var dünyada.Ürək dolu, göz müntəzir, aman vermir arzular.
Ay doğanda gələrdi!..Onu hər axşamçağı yol üstündə görərdim.Qərib-qərib baxardı uzun-uzun yollara.
Mirzə CəliləGöz açdın həyata vətənin nalə səsindənBəxş etdi bizə oğlunu mərd Azərbaycan.
Poems by other poets · Nature and spring
Ey ağzı qönçə, çöhrəsi gül, xətləri səmən,Zülfi bənəfşə, hüsni çəmən, boyu yasəmən.
نسرین تو زد پریر بر من آذردی باد ز سنبلت، مرا داد خبر
Çığalı müxəmməs: Ey şux mənim yar, vəfadar imsən sənEy şux mənim yar, vəfadar imsən sən,Dil gülşəni, həm qönçeyi-gülzar imsən sən,
GörümBu yağışa dayanırmı dəmir, daş, görüm,Qalaydı xeyrin, ilahi, qapında kaş görüm!