Onu hər axşamçağı yol üstündə görərdim.Qərib-qərib baxardı uzun-uzun yollara.Əzərdi mənliyimi bu marağım, bu dərdim,O nazənin, o mələk, gözlər qara, qaş qara...Durub-durub yollara hey tamaşa edərdi.Gözündə yaş, intizar... kor-peşiman gedərdi.

Dünən yenə onunla yol üstündə tuş oldum.Pərişandı saçları, gözlər qara, qaş qara...Məst deyildim, xeyir mən, nədənsə bihuş oldum,Baxdıqca ağ üzündə şəvə kimi xallara...Mən durdum, o, dayandı.Ürəyim oda yandı!Xeyli keçdi, gözəl qız söykənərək bir daşa;Daldı dərin xəyala,Hey bu sonsuz yollara baxdı, etdi tamaşaMaraqlandım bu hala,O, çox baxdı, düşündü,Hansı vaxtı düşündü?..

Yaxınlaşdım bu dəfə, dedim. – Dərdin nədir, qız?Dedi: – Yol üstündəyəm, yolçuluğun nə dərdi?Dedim: – Gecə keçir, bax, doğmuş daha ay, ulduz,Dedi: – O da görüşə ay doğanda gələrdi...Söhbətimiz uzandı.O danışdı, o andı...Varaqladı qəlbini zər üzlü dəftər kimi:Söylədi bu yolların tarixini o mələk.Tutuldu gecələr tək, açıldı səhər kimi.Bəzən hıçqırtılarla coşub vəcdə gələrək,Dil açdı gözəl pəri.Doluxsundu gözləri,– İndi iki il olar, mən bu yolda lal kimiDurub hər axşamçağı düşünürəm yarımı.Bəzən də o görünür mənə bir xəyal kimi,Onun bu xəyalına, verib ixtiyarımı,Danışıram, gülürəm,Nə eləyim, bilirəm,Bir anlığa unutmaq, qovmaq üçün dərdimiBu keçən görüş yeri mənə bir təsəllidir...Onu düşmən gülləsi torpaqlara sərdimi?Döyüş qurbansız olmaz, bu mənə də bəllidir.Lakin görüş günləri,Biz ayrılandan bəri,Çəkib-çəkib gətirir bax, məni bu yollara,Unuduram bir anlıq bu hicranı, bu dərdi,Mən bu yerdə vermişəm öz qəlbimi dildara,O hər axşam görüşə ay doğanda gələrdi...

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets