Mən söz ilə görünərəm, ayrı donda görünmərəm,Onun,bunun ətəyində sürünmərəm.Öaş əymərəm heç bir kəsin hüzurunda,Ucalığı əxz etmişəm Füzulidən.Mən Sabirdən həqiqətə düz baxmağı öyrənmişəm,Mən Müşfiqdən nakamlığı öyrənmişəm…Sürülərin arasında görməzsiniz heç vaxt məni,Hərcayilər sırasında görməzsiniz heç vaxt məni…

Haray çəkən şerlərin şairiyəm,Faciəli dövrlərin şairiyəm…Mən poladam əqidəmdə, əməlimdə,Dəyişmərəm məsləkimi yer-göy qopsa təməlindən,Soyulsam da diri-diri,Tonqallarda yandırardım əqidəsiz şairləri,Külək kimi ora-bura əsənləri,Yandırardım yazdıqları cəfəng-cəfəng əsərləri…Mən bir amal, mən bir vicdan şairiyəm,Para-para paralanmış Azərbaycan şairiyəm…

Olmaz mənə hökm eləmək, əmr eləmək,Olmaz məni nömrə ilə nömrələmək.Heç bir rənglə qaralamaq olmaz məni,Sözdən qeyri heç nə ilə yaralamaq olmaz məni…Ümidimi kəsmək olmaz qılınc ilə,Mənim məhvim ölüm ilə gülünc olan,Mən ölümdən sonraların şairiyəm,Öz ömründən sonraların şairiyəm…

Gör, nə boyda məmləkətəm,Amma yarı mənim deyil,Bu diyarım mənimdirsə,O diyarım mənim deyil…Torpağımda görün kimlər at oynadır…Ulu Şuşam olub indi yad oylağı…Cəh-cəh vuran səsi batıbQarabağın,Bizə qalıb təkcə adıQarabağın…Qırx milyonluq millətim varAzı mənimÇoxu yadın…Gecə-gündüz dilimdədirTəbriz adı,Qədəmlərin təzə-təzəDəyir ora

Bu vüsalın kaş axırı sevinc ola,Gecə-gündüz bu həsrətinBu harayınŞairiyəm…Həm bu tayın, həm o tayınŞairiyəm,Məndən sonra kim sürəcəkSöz atınıBilməyirəm,Mən arxamda hələ elə bir adamıGörməyirəm…Şerə,s.zə daraşan çox,Şöhrət üçün vuruşan çox,Dalaşan çox,Amma əsl şairliyə yaraşan az,Xalq adından danışan çox,Öz adındanDanışan az…Mən bu yurdun şan-şöhrətəƏn biganəŞairiyəm.Ad-san verməz tək yeganəŞairiyəm…Ulu sözün ən sonuncuŞairiyəmSona çatan əsrimizinMən sonuncuŞairiyəm.

1995.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Homeland