Mus: Oqtay Kazıminindir

Dünya bir nəğmə idi, dünya bir yuxu idi,Elə bil yer üzündə bir tifildə yox idi.Elə bil hər tərəfdən süd qoxusu gəlirdi,Analar şərəfinə mahnılar yüksəlirdi,Bütün aləm elə bil bu lövhəyə dalırdı,Bir ana qucağında bir körpə aparırdı.

Küçələrdən keçənlər durub boylanırdılar,Cavan qızlar sızlayıb, gizlincə yanırdılar,Göz qoyurdu qarılar, köks ötürüb dərindən,

Seyr edirdi uşaqlar, seyr edirdi gəlinlər,Bütün aləm elə bil bu lövhəyə dalırdı,Bir ana qucağında bir körpə aparırdı.

Ona ad gəzirdilər, beşik axtarırdılar,Başına dönürdülər, qadasın alırdılar,Nənəsi asta-asta yeriyirdi dalınca,Uşaq sakit, astaca baş qoymuşdu balınca,Bütün aləm elə bil bu lövhəyə dalırdı,Bir ana qucağında bir körpə aparırdı.

1974.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets