Vətəni qürbətə çevirər,Sevgini nifrətə çevirər,Ehtiyac üzündən daima,Dağılar minlərlə ailə,Ölkələr sarsıdar-ehtiyac!Həyatın tərsidir-ehtiyac!

Ananı ayırar baladan,Ürəyi tən bölər yarıdan,Qoparıb sinədən aparar,Ölümün əbədi çəpəri,Yoxsulun kölgəsi-ehtiyac!Ev yıxır, yol kəsir-ehtiyac!

Ehtiyac toruna düşəndə,Satılır gözəllər, qəşənglər.Aslanı, pələngi sındırır,Cılızı, nəhəngi sındırır,Ağ üzü qaraldır-ehtiyac!Ümidi saraldır-ehtiyac…

Əyir ən əyilməz vicdanı,Aclıqla sınayır insanı,Qurd kimi bədəni gəmirir,Çürüdür poladı, dəmiri,Cismini əridir-ehtiyac!Bəşərin şəridir-ehtiyac!

Milyonlar göz dikib çörəyə,Çörəkdir hər evin dirəyi,Çörəksiz hamımız dilənçi,Odur ki, ən əvvəl, birinci,

Çörəyə qənimdir-ehtiyac!İndiki günümdür-ehtiyac…

Tanıyıb nə vaxtdır qapımı,Alıbdır əlimdən tabımı,Çəkibdir qılıncı üstümə,Durubdur xalqımın qəsdinə,Əyibdir qəddimi-ehtiyac!Ermənisifətdir-ehtiyac…

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets