İnam öldü, insan öldü
İnam öldü, insan öldü,Dönüb oldu bir yığın ət,Cismi qaldı, ya qalmadı,Zərrə xeyri yoxdu fəqət…İnam öldü, insan öldüDaha dərman-dəvası yox…Ondan sonra yaşamağınMənası yox…Ondan sonra ta əzrayılNə karədir,İnamsızlıq dövrümüzünƏn qorxulu azarıdır.İnsanlardan öncə indiİnamları öldürürlər,İnamları öldürməkləİnsanları öldürürlər…Yamanları əfv edirlər,Yaxşıları məhv edirlər…Bütün ölən inamlarınTaleyinə ağlayıram,Bütün şəhid inamlarınMatəmini saxlayıram,Gündə yüz yol qollarımaQara lentlər bağlayıram…Dayanıram sanki fəxriQarovulda…İnam, inam, qoyma məni,Yarı yolda…
İnamsızlıq sökür biziNeçə ildir,İnam öldü, insan öldü,İnsan öldüİnam öldü…
Kitabxana.az · https://kitabxana.az/en/works/cabir-novruz-inam-oldu-insan-oldu
Use ← → keys to move, R for a random poem