Cavanlığım
Mus: Oqtay Kazıminindir
Həyatımın tacı idi,Qara gözlü cavanlığım.Eşq, məhəbbət acı idi,Qara gözlü cavanlığım.
Ürək kimi döyünərdi,Nə bir qəmi, nə bir dərdi,
Çox illərə sinə gərdi,Durdu, dözdü cavanlığım.
Nəqarət:
Ömrü çiçək qədər oldu,Sevinc oldu, kədər oldu,Neyçün gəlib-gedər oldu,Kimdən küsdü cavanlığım?
Arzulara adlayardıq,Qönçə kimi çatlayardıq,Gözəlləri odlayardıq,Qaynar, isti cavanlığım.
Sevgilərin məbədiydi,Təbiətin neymətiydi,Sanardım ki, əbədiydi,Tükənməzdi cavanlığım.
Nəqarət:
1975.
Kitabxana.az · https://kitabxana.az/en/works/cabir-novruz-cavanligim
Use ← → keys to move, R for a random poem
More by this author
Mənə sözün, ixtiyarın verdi yaradan,Dedi:-sənə ilham, qələm qoy kömək olsun,
Mənimki sözdür, sizinki para...Siz rüşvət alan, mən şer yazan,Möhtəkir hara, sənətkar hara?!
Şairin olmur dini-imanı məgər...Siyasət şairləri dəbə düşüblər,Bircə misra becərib yetirməyənlər.
İstefa vermişəm şerə görəMən qalan ömrümü həbs eləyirəm,Onu təkcə şerə həbs eləyirəm.
Poems by other poets
Gədə, mən qurban olum qaşları kaman bacına,Belə bir şux baxan kirpiyi peykan bacına,
GəlmədiGecə gündüz intizarın çəkərəm,Aman Allah, yar əyləndi, gəlmədi
Düşüb millət arasınaBu ədavət nədir, balam,Düşüb millət arasına?
خیز تا معتکف خانه خمار شویمسر به پیشش بسپاریم و سبکبار شویم