Mus: Oqtay Kazıminindir

O bu boyda bir cahanı yaradıb,Yeri, göyü, asimanı yaradıb,İnsan onu, o insanı yaradıb,Bu dünyanın əlifbası- məhəbbət,Ən ilk nəğmə, ən ilk yazı-məhəbbət.

Hər ömürdə bir ulduza dönər-o,Gah şimşək tək birdən çıxıb sönər – o,Gizli gələr, fəqət aşkar dinər-o,Canda nəfəs, damarda qan-məhəbbət,Hər var olan, hər yox olan-məhəbbət.

O dəryadır kükləyəndə, daşanda,O gövhərdir üzüklərin qaşında,O sevdadır, hey dolanır başında,Gah ağıllı, gah divanə-məhəbbət,Həm həqiqət, həm əfsanə-məhəbbət.

1974.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets