Nə gündəydi, indi qalıb nə günə,Gözdən düşüb gözdə olan-bu millət.Yas günündə toy eyləyir özünə,Toy günündə yasda olur-bu millət.

Vətən yanır heç pozmayır keyfini,Xidmət edir öz nəfsinə, cibinə,Düşüb zülmət bir quyunun dibinə,Zaman-zaman üzdə olan-bu millət.

Başlanıbdır soy qırımı, ölümü,Nə biləsən, bəlkə məhşər günüdür,Neçə yerə parçalanıb, bölünüb,Neçə-neçə dəstə olub-bu millət…

Top-tüfəngsiz yada verdi Şuşanı,Bir hay ilə yurdun yarı boşalıb.Niyə belə laqeyd olub korlaşıb,Dönməz olan, həssas olan-bu millət…

Elə bil ki, buxovlanıb əlləri,Sökür onu beş-on quduz erməni,Savaşda da asta-asta tərpənir,Hər bir işdə asta olan-bu millət…

Fərsizləşib fərsizlərin əlində,Yaraları dərindədir, dərində.Nə zamandır bu dünyanın dilində,Biq kədərli dastan olub-bu millət…

Atam oğlu,tulla qara eynəyi,Bax,gör,al qan içindədir köynəyin.Düşmən ilə dava-dava oynayır,Nəslən şiri-aslan olan-bu millət…

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Homeland