Qayıtdılar
Çox irəli yüyürdülər,Yenə ilkə qayıtdılar.Keçmişləri devirdilər,Yenə ilkə qayıtdılar…
Çağırdılar hürriyyəti,Çağırdılar, o gəlmədi,Yenə dünya düzəlmədi,Ha milləti oyatdılar…
Dil tökdülər kütlələrə,Baş tutmadı fitnələri.Tünük moda mütiləri,Qalın kürkə qayıtdılar…
Küçələrə töküldülər,Qabardılar, çəkildilər,Çox-çox təzə fikirlər,Köhnə fikrə qayıtdılar…
Bir vaxt qaçan ibadətdən,Din-imandan şəriətdən,Məhəmmədi ziyarətdən,Cərgə-cərgə qayıtdılar…
Şimal ilə dostlaşanlar,Cənub ilə pisləşənlər,Zaman-zaman ruslaşanlar,İndi türkə qayıtdılar…
Dəyişdilər sözlərini,İtirdilər izlərini,Ha dandılar özlərini.Axı kökə qayıtdılar…
1993.
Kitabxana.az · https://kitabxana.az/en/works/cabir-novruz-qayitdilar
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets
Həbibim, qəddi-mövzunun əlifdir dal arasındaVücudun Həzrəti-Haq saxlasın iqbal arasında
Haray, harayZülm eyləyib bu gərdişi-dövran, haray haray!Ömrüm yetişdi axıra, ey can, haray, haray!
Gəraylı: Dəli könül nə məlulsanDəli könül, nə məlulsan,Məgər ol nazlı yar getdi,
SevdiyimBurada könlüm asayiş tutmazİstər ki yanına vara sevdiyim