Mus: Oqtay Kazıminindir

Yel toxundu yarpaqlara,Nəğmə qondu dodaqlara,Durub baxdım uzaqlara,Səni gördüm, ay sevgilim.

Bir mehriban üz görəndə,Bir cüt ağlar göz görəndə,Qara gözlü qız görəndə,Səni gördüm, ay sevgilim.

Tamarzılar görüşəndə,Murazlılar görüşəndə,Evimizə gün düşəndəSəni gördüm, ay sevgilim.

Ya özümdən küsəndə mən,Ya fikirli gəzəndə mən,Gözəllərin gözündə mən,Səni gördüm, ay sevgilim.

1957.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets