Şerə, sənətə könül bağladım,Ağrılar, acılar gördüm-Bu yolda.Şair müəllimlər, şair atalar,Şairə bacılar gördüm-Bu yolda.Nə qədər Peyğəmbər, nə qədər allah,Nə qədər tacidar gördüm-Bu yolda…Yanar təfəkkürlər, odlu ocaqlarTüstüsüz bacalar gördüm-Bu yolda…Qocaykən cavanlar, sağkən ölülər,Cavankən qocalar gördüm-Bu yolda…Müasir ağalar, bəylər, paşalar,Müasir hacılar gördümBu yolda…Şair qəhrəmanlar, prometeylər,Şair qaraçılar gördüm-Bu yolda…Dəmir-dümürünə qızıldır deyən,Köhnə qalayçılar gördüm-Bu yolda…Nə qədər eyhamlar, sözlər, tənələr,Nə qədər acıqlar gördüm-Bu yolda…Gum-gum gumbuldayan nağara kimi,Bom-boş harayçılar gördüm-Bu yolda…Fikri dumanlılar, sözü dadlılarÜrəyi açıqlar gördüm-Bu yolda…«Məktəb » bağlayanlar, «məktəb» açanlar,«Məktəbi» uçuqlar gördüm-Bu yolda…Meyxana küncündə dahiləşənlər,Qorxaqlar, qoçaqlar gördüm-Bu yolda…Dava-dalaş ilə şair olanlarArxalı qoçular gördüm-Bu yolda…Adicə bir sözün min-min silahdanDaha çox gücü var gördüm-Bu yolda…Şerin şahlara da nəsib olmayanBir ulu tacı var gördüm-Bu yolda!

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets