Vüsalda hicran yaşayır,Qocada cavan yaşayır…Heyvanda insan yaşayır,İnsanda heyvan yaşayır…

Qarışıbdır dama-dama,Qəm sevincə, sevinc qəmə.İlan zəhərində demə,Ən nadir dərman yaşayır…

Ağ var telin qarasında,Bal var dilin arasında,Dirilərin arasındaYüz-yüz ölü can yaşayır…

Haçan ki, yaxşını daddım,Pisi ürəyimdən atdım.Çox-çox sirlər, çox-çox addaSinəmdə pünhan yaşayır…

Sevgisiz ömür dumanda,Eşqədir bütün imanlar.Məhəbbətlə göz yumanlarAllah ilə tən yaşayır…

Bəşər yaranandan bəri,Nəsil gedir, nəsil gəlir,Oğlumda atam göyərir,Nəvəmdə babam yaşayır…

Xatırlanırlar daimaEl yolunda fədailər.Özü gedib XətaininQılıncında qan yaşayır…

Yoruldum yalan yeməkdən,Baş açmadım çox kələkdən,Bu dünyada hər məsləkdə,Hər dində adam yaşayır.

Nələr etməyir insanlar,Uçur başlar, axır qanlar.Görürsən bir cılız candaYekə aziman yaşayır…

Ağlım bir şey kəsən gündən,Dərd daşıdım kürəyimdə.Yumruq boyda ürəyimdəSonsuz asiman yaşayır…

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets