Göyləri odlayır analar ahı…Allahda götürməz bu ahı, Allah…Nə pis işimiz var dərgahında ki,Nədir bu millətin günahı, Allah?

Kimin toyuğuna daş atıb görən,Kimin arzusunun əksinə gedib?Nə yaxşılıq edib özgələrinə,Nə yamanlıq edib özünə edib…

Heç vaxt yumayeb o qanı qanla,Hətta bağışdayıb düşməni, yadı…O hətta dil tapıb qonşu ilanla,Qonşu canavarla yan-yana yatıb…

Nə qədər zərbələr dəyib bu xalqa,Daim göylərini tutub duman, çən…Ona, gör, nə cüzi dost,kömək,arxa,Ona,gör,nə qədər düşmən vermisən…

Sən, axı,ədalət rəmzisən ulu,Niyə dinməmisən,ey pərvərdigar?Gözün baxa-baxa qırıblar onu,Gözün baxa-baxa parçalayıblar…

Elə laqeyid-laquyid durub baxmısan,Bütün dərdlərinə, bəlalarına…Niyə tökməmisən göydən od, boran,Əmr verməmisən dolularına?!

Cəzə verməmisən günahkarlara,-Onların yurdunu kor qoymamısan?!O qan içənləri çəkdirib dara,Ya da diri-diri soydurmamısan?!.

Hər şeyi görənsən sən,axı,allah,Göstər öz gücünü,ədalətini…Nədir bu millətin günahı allah,Onun insanlığı qəbahətimi?

Sən özün bu cürə yaratdın onu,Sadədil,xeyirxah,nəcib,mülayim…Kim dəyişə bilər xasiyyətini,Bircə səndən özgə, səndən savayı…

Ona nə vermisən özün vermisən,Bir yandan alınmaz dağlar,qalalar,Bir yandan sən ona dözüm vermisən,Bir yandan dözülməz dərdlər,bəlalar…

Sən həm Nizamilər vermisən ona,Peyğəmbər əvəzi,Allah əvəzi…Həmdə ki, canilər vermisən ona,Doğma millətinin başını kəsib…

Sən qoç Koroğlular vermisən ona,Babəklər,Nəbilər-neçə igid ər.Bir yandan oğrular vermisən ona,

Satqınlar vermisən düşməndən betər…

Qanına bəlkə də yad qan qatılıb,Bəlkə kimin isə kələyi varmış…Bu doğma analı,doğma atalı,Millətin nə qədər ögeyi varmış…

Sənsən xəlq eləyən bu göyü,yeri,Bəşəri sən doğub, əkmisən, Allah…Yoxsa içimizə şərəfsizləri,Göydən paraşütlə tökmüsən, allah…

Sənin ki,ürəyin,axı,dar deyil,Barı dar məqamda dadımıza çat…Düşmən gülləsindən ölmək ar deyil,Ən çox gülləmizdən ölürük heyhat…

Ta,sənə qalıbdır son ümid, güman,Ölürük,batırıq,yanırıq,allah…Bizə bu gündə də arxa durmasan,Daha allahı da danarıq, allah…

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Divine love