Vətən hər kəsə nəfisdir,O hər uludan uludur.Vətənə tərif deməzlər,Tərifdən ucada durur o…

Cavanlar sevişər, vurular,Düşərlər məhəbbət oduna..Vətənçün ömürlər kül olar,Yanarlar çövrünə, oduna…

Üstündə gəzməkdən doymazlar,Qoynunda yatmaqdan heç zaman…Heç nəyi ona tay qoymazlar,Onu tək yaradıb Yaradan…

Ananın südü ilə süzülər,Bir başa iliyə, qana o…Kim qulaq asmasa sözünə,Cəhənnəm odunda yanar o…

Kök atıb qəlbinə hər kəsin,Bu eşq dərindən dərinə…Onun milyardla zərrəsi,Ətimdə, qanımda, dərimdə…

Hamının gözünün odudur o,Hamının bircəyidir…Quran tək müqəddəs tutulur,Hər bir nəsihəti, öyüdü…

Gülün də Vətəndir Allahı,

Quşun da dilində əzbərdir.Vətəni az sevən, Vallahı,Bu eşqi car edən kəslərdir…

Bu yarış deyil ki, deyəsən,Ona kim daha çox vurğundur…Onun Babəkdir əsl yiyəsi,Sabirdir, Həcərdir, Qorquddur…

Kim necə istəyir bircəsin,Bu cavab çox adi, çox asan…Bununçün gərəkdir hər kəsin,Yarasan, köksünə baxasan…

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Homeland