Vicdanlar cibə çöküb,Yeni möcüzə çıxıb…Təmizlər dibə çöküb,Murdarlar üzə çıxıb…

Yamanlar öz keyfində,Yaxşılar pisə çıxıb…Kimin ki, ürəyindəNə qurd var, üzə çıxıb…

Bir vaxt yalan deyənlər,Büsbütün düzə çıxıb…Hələ çox-çox ağsaqqalSifətdən kosa çıxıb…

Qaçqınlarla qurd, çaqqal,Bir qış da yaza çıxıb…Xalq daha doyub cana,Astarı üzə çıxıb…

Əvəzində ekranaHər cür gəvəzə çıxıb…Dollar yığır varlılar,Bu dəb də təzə çıxıb…

Atamızın malınaYadlar vərəsə çıxır…Harda qaldı o tayım,Burda qan dizə çıxıb…

İndi-indi harayım,Gedib Təbrizə çıxır…Üzüqara hürriyyətNəqd ikən nisyə çıxıb…

Çoxları meydanlaraSən, demə səs çıxıb…Haqqı basdalayıblar,Altından gürzə çıxıb…

Halalları sayıblar,Siyahı qısa çıxıb…

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets