Yer üzündə od qalayanDavaların çoxdur sayı,Çoxömürlü müharibəÇörək, qarın davasıdır…Çox davalar qalxıb, yatıbBu hətta onların tayı,Əsl dava varlılarlaKasıbların davasıdır.Ehtiyacla vuruşdadır,Döyüşdədir, daim bəşər,İmkansızlar qarşısındaBaş əyirlər qiblə kimi.Bir Damokl qılıncı təkAsılmada o həmişə,İnsanlığın başı üstdənTa beşikdən qəbirə kimi…Ən əyilməz oğullarıO sındırır, əsir edir,Savaşların pis savaşıToxun, acın davasıdır…O nə qədər ölkələri,Millətləri, rəzil edib,Tükənməyən dava-qırğınEhtiyacın davasıdır…Çəkişmələr, keçməkeşlərPul üstündə, var üstündə,Ata, oğul olur düşmən,Pul üstündə, var üstündə;Çox həmlələr, təhlükələrPul üstündə, var üstündə;Dilə gəlib ilk güllələr,Pul üstündə, var üstündə;Milyonlarla baş vurulubNəfsə görə, xeyrə görə;Tamahkarın işi-gücüGümüş, qızıl davasıdır.Siz söyləyin, kim o qızıl, gümüşlərdənXeyir görüb?Fəqət qızıl-zər davasıBəşərin zor davasıdır…Davanın da adam kimi

Yaşı olur, günü olur,Bir doğulan günü olur,Bir yox olan günü olur…Xalqlar qövlü-qal istəməz,Dağ yerinə lap dağ üstdəBaşçılardır qanlar tökənMənsəb üstdə, maraq üstdə…Başsızların əmri iləMilyonla baş qurban gedib.Bu davalar nə istiqlal,Nə hürriyyət davasıdır…Say-hesabsız həyat sönübDəryalarca al-qan gedib,Davaların ən qanlısıHakimiyyət davasıdır…Bir səngərdə qədim «İncil»,Bir səngərdə ulu «Quran»,Bir səngərdə haqq-ədalət,Bir səngərdə zülm, talan.Bir tərəfdən məkr, zülmət,Bir yandan nur daşıyanlar.Bir cəbhədə öldürənlər,Bir cəbhədə yaşadanlar…Bir qütbdə şeytan durur,Bir qütbdə Allah, Kəbə,Bir büsbütün dövrlərin,Əsrlərin davasıdır…Dünya qərar tutan gündən,Ən kəsilməz müharibə,Vicdanların, məsləklərin,Xeyrin-şərin davasıdır…

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets