Bu nə zaman idi gəldi,Bu nə əyyam idi gəldi…Düzlər vuruldu gözündən,İnsanlar qaçdı özündən.Dirildi bütün həpəndlər,Yırtıldı bütün kəfənlər,Artdı cibinə təpənlər,Biclik toxumu səpənlər…Bu nə əyyam idi gəldi,Bu nə dövran idi gəldi…Doğma məmləkət bölündü,Oldu məhəllə-məhəllə…Cəhənnəm cənnətə döndü,Cənnətə döndü cəhənnəm…Ağalar, bəylər dəyişdi,Köhnə işləkləri dəyişdi,Xəlbir, ələklər dəyişdi,Hətta müdriklər dəyişdi…Qaynadı bütün qazanlar,Səsləndi köhnə azanlar…Dirildilər rozaxanlar,Gəldilər imana, dinə,Bir vaxt imamı asanlar,Allaha söz qoşdu dünən,Lenin vəsf edən ozanlar…Partiyamızdır yazanlar…Bu nə əyam idi gəldi,Bu nə haram idi, gəldi…Gündüzün günorta vaxtı,Əyrilər çıxdılar taxta,Canilər meydan suladı,Evimizi qan suladı…Fitnələr mindi atına,Çıxıb millətin adına,Yetən and içdi yalandan,Nəyimiz vardı, talandı…Yad yurdda meydan suladı,Qarabağı qan suladı…Məmləkət məzarla doldu,Şəhidlər bürüdü yurdu…Qəbristanlıqlar çoxaldı,Bir də xanlıqlar çoxaldı…Orda o xan dedi bizik,Burda bu xan dedi mənəm…Başladı bir özümsüzlük,Başlandı bir mənəm-mənəm,Neçə xain ad çıxartdı,

Hərəmxanalar çoxaldı,Elmxanələr azaldı,Mənəviyyatlar sozaldı…Analar birdən qocaldı…Heyf bu millət, heyf,Bu necə əyyamdı gəldi?Ulu Sabir yaxşı deyib,Qoymayın, amandı, gəldi,Axırazamandı gəldi…

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets