Görəsən, hara gedirik…
Sular elə bulanıb ki,Çirkin, təmiz bilinməyir…Aylar elə dolanır ki,Gecə-gündüz bilinməyir…
Nə bir pərdə, örtük qalıb,Nə dərddə bir dərdlik qalıb,Nə mərddə bir mərdlik qalıb,Nə oğlan-qız bilinməyir…
Qəlblərdə qübar bitibdir,Namus, qeyrət, ar itibdir,Bütün meyarlar itibdir,Yaxşıyla pis bilinməyir…
Ömrümüz qorxulu, gərgin,Başlayıb bir hərki-hərki…Özbaşnalıq, hərc-mərclik,Əyriylə düz bilinməyir…
Hamı böhtan dağarcığı,Ləkələnib xalqın çoxu,Ayıran yox kimdir, axı,Haqlı-haqsız bilinməyir…
Çəkişmələr yorub bizi,Öz gülləmiz vurur bizi,Düşmən çoxmu qırır bizi,Ya özümüz bilinməyir…
Bütün vicdanlar xəstədir,Bütün satqınlar səsdədir,Qardaş qardaşa qəsd edir,Ögey-əziz bilinməyir…
Millət çox bala itirib,Şuşa tək qala itirib.Görəsən, hara gedirik,Bu yolla biz, bilinməyir?
Kitabxana.az · https://kitabxana.az/en/works/cabir-novruz-goresen-hara-gedirik
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets
Aləm, səndən mən bir xəbər alayım,Cənnətin çırağı nə içindədir?
Şahpalut"Şahpalut" necə xoşca yaraşır aş üstə,Odə çox xoş yazasan göndərrəm baş üstə
Qal indiBir səfərim düşdü qərib ellərəQal, Səlmi naz, gözü yaşlı qal indi
Ah-ah, ey çərxi-qəddar ah, ey bədruzigar!Ah-ah, ey çərxi-qəddar, ah, ey bədruzigar,Künci-zülmətdə əcəb qoydun məni heyranü zar.