Ömür evi qaçhaqaç, qovhaqovdur,Qoyulubdur tağı, himi yarımçıq.Çox erkəklər boy-buxundan bütövdür,Amma əsl kişi kimi yarımçıq…

Çox təknələr çox xəmirlər yoğurub,Çox arzular bələyində boğulub,Hər gün saysız bəşər ölür, doğulur,İnsan azdır, amma adam olan çox…

Dünyaların əzəlidir bu dünya,

Hamımızın məzarıdır bu dünya,Nəhəng hərrac bazarıdır bu dünya…Satan çoxdur, verən çoxdur, alan çox…

Çox nəhənglər kölgədədir, daldadır,Çox zəkalar çətindədir, dardadır,Hamı durub bir-birini aldadır,Doğru tək-tək, dənə-dənə, yalan çox…

Düz adamlar səhradadır, düzdədir,Natəmizlər daim elə üzdədir,Cahan rüşvət mərəziylə xəstədir,Halal tamam itib, batıb, haram çox.

Ta çox şeydən əllərimi üzmüşəm,Riyalardan cana doyub bezmişəm,Onunçun da insanlardan bezmişəm,Onunçun da bu dünyayla aram yox,Yaşayıram daha ayrı çarəm yox…

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets