Danışarsan
Təbrizim, ömrüm, adım,Sən məni yaşadırsan…Mən çoxdan susmalıydım,Əgərçi yaşa dursa…
Sən dadına çatansan,Sən əlimdən tutansan,Sən anamsan, atamsan,Bacımsan, qardaşımsan…
Biz əl-ələ gəzəndə,Biz səninlə gəzəndə,Mən sənə, Təbriz, sən dəBabana yaraşırsan…
Sən mənim özüm, eynim,Əsl möcüzəm, sehrim,Mənim körpəlik dövrüm,Mənim gənclik yaşımsan…
Mən susanda bir günü,Yaşayarsan ömrümü,Babanın kimliyini,Xalqına danışarsan…
Kitabxana.az · https://kitabxana.az/en/works/cabir-novruz-danisarsan
Use ← → keys to move, R for a random poem