Bu ədavət nədir, balam,Düşüb millət arasına?Dedi-qodu, qeybət, yalanDüşüb millət arasına.

Qan-qan deyən, insafa gəl,Nəyə lazım silah-səngər.Köhnə bəla, təzə əngəlDüşüb millət arasına.

Yaxşı bilir bütün mahal,Keçsin deyə bu ağır halSaz götürüb Aşıq Bilal,Düşüb millət arasına.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets