Oğullar yaxşı oğuldu,Pis zamanaya düşdülər.Hamısı təmiz doğuldu,Biclər araya düşdülər…

Bəxt onlara düşmən oldu,Ümidləri həşəm oldu,Zərləri sürüşkən oldu,

Əyri xanəyə düşdülər…

Yağı yolu kəsdi yenə,Ellər qanda üzlü yenə,Kasıblar uduzdu yenə,Min bir bəlaya düşdülər…

Çox köpüklər üzə çıxdı,Çox məsləklər toza çıxdı,Əyrilər təmizə çıxdı,Düzlər kələyə düşdülər…

Yuxarılar didişdilər,El malına girişdilər,Dar məqamda sürüşdülər,Gedib haraya düşdülər?!

1993.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets