Aldadır
Elə zamanadır indi,Bəndə xudanı aldadır.Bilmək olmur ki, kim kimdir,Oğul atanı aldadır.
Bütün ümidlər hasarda,Bütün vicdanlar məzarda,Ölkə aldatma bazardı,Çatan çatanı aldadır…
Nə təhər yaşasın adam,O möhtəkir, bu şər atan,Görürsən ki, bu şarlatan,O şarlatanı aldadır…
Sızlayır yaram içimdə,Torpağım talan içində,Batırıq yalan içində,Yalan yalanı aldadır…
Dəli başlara keyf gəlib,Sözləri gündə çəp gəlir,Diri ölüyə kəf gəlir,Oyaq yatanı aldadır…
Məmləkət gözündən batıb,Hamı harama əl qatıb,Sevən sevənə şər atır,Kişi qadını aldadır…
Nə abır, nə də həya,Satqınlar qalxıb səhnəyə,Onlar xalqım deyə-deyə,Xalqı, vətəni aldadır.
1993.
Kitabxana.az · https://kitabxana.az/en/works/cabir-novruz-aldadir
Use ← → keys to move, R for a random poem
More by this author
Şer acıyam…Hər şeyimi as yazıram…
Şer əkdim bu qalanın içində…Bu həyata göz açalı əzildim,Ağır-ağır qayğıların
Heyf sənə poeziya, heyf sənə…Heyf sənə, poeziya, heyf sənə,Necə bizim zəmanədə gözdən düşdün.
Söz satıram,alan yox…Çox deyirlər talan olub, uçulub,Sökür, yeyir kim nə qədər bacarır…
Poems by other poets · Homeland
Qurtuluş Kamala inanla olur,Hökumət seçilmiş bakanla olur,
Böyük xadimHəsənbəy Zərdabinin vəfatı münasibətilə*Bu sənmisən, ey dahiyə, ey nəcmi-müzəffər?!
AğlaramŞikayətim vardır, fələk əlindən,Fələk, mənə düşmən oldun, ağlaram.
Arif çalışır ki, millət azad olsunArif çalışır ki, millət azad olsun,Zahid çığırır ki, məscid abad olsun.