Heyf sənə, poeziya, heyf sənə,Necə bizim zəmanədə gözdən düşdün.Bu dünyaya göz açalı deyim sənə,Heç bu qədər təhqirlərə dözməmişdin?!Sənin sevgi,məhəbbətdi əzəl andın,Səni eşqsiz bir varlığa döndərdilər.Kobudlaşdın, cılızdaşdın, xırdalandın,Zirvədəydin, dərələrə endirdilər…Sındı, düşdü sənin şahin qanadların,Öz-özündən oğurlandın, qarət oldun,Vəsf elədin, tiranları, cəlladları,Məddahların əllərində alət oldun…Qulluq etdin vəzifəyə, rəyasətə,Səni buna ustadların təhrik etdi,Əsir oldun ada, sana, siyasətə,Yamanlara yaxşı deyib tərif etdin.Dilin «Urra» bağırmaqdan oldu qabar,Poeziya! Siyasətlə qanlı bıçaq…Siyasətin min üzü var, sifəti var,Poeziya bir sifətdə olub ancaq…Girdin çox-çox riyalara, oyunlara,Heyf sənə, poeziya, heyf sənə…«Ləbbey!» Dedin çox şahlara, əyanlara,eyb sənə, poeziya, eyb sənə…sözün, şerin çaş-baş düşdü ünvanları.Çox şairlər yazdı əbəs, pozdu əbəs…Zəmanənin eşq, məhəbbət dastanları,Rəhbərlərə dastan ilə oldu əvəz…Heyf sənə, poeziya, heyf sənə,Birmi,beşmi itkinlərin, qurbanların?!Əyilməyən qamətini əyib sənin.Sürüdülər mitinqlərə, meydanlara…Oda düşdün, şəhid oldun, tələf oldun,Kürəyində qanlı tonqal qaladılarŞərəfsizlər adın ilə şərəf aldı,Fəqət sənin şərəfini taladılar…Kül tökdülər nurla yanan ocağına,Necə dözdü vicdanları, insafları?..Şairdə düşüb kütlə qabağına,Heç ölümə, qana səslər insanları?!Heyf sənə, poeziya, heyf sənə,Heyf ulu Nizamiyə,Füzuliyə…

Nə gizlədim, açığını deyim sənə,Mən özümdə günahkaram hüzurunda…Yer üzünü zəbt eləyən vaxtın olub.Xeyirxahlıq Kəbəsisən, məbədisən,Sabir kimi bir uğurlu baxtın olub.Nakam Müşfiq taleyinin məbədisən.Bəhər əsl söz aşiqi, söz möhtacı,Dinlə, ürək sözlərimi deyim sənə…Bu dünyaya qollarını gen-gen açıb,Eşq, məhəbbət libasını geyinsənə…

1992.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets