Bir məndən başqa
Guya dəyişir aləm deyirlər,Təzə dövr gəlir qanla-qadayla…Bizə «Azadlıq» bəxş eləyirlər,Elin adıyla, xalqın adıyla…
Adam adamın didir ətini,Nə var ki, dərddən-ələmdən başqa?!Hamı dəyişir öz sifətiniHamı dəyişir, bir məndən başqa…
Dəyişər quruluş, dəyişər ölkə,İnsan dəyişməz bu sürət ilə,Həyatdan geri qalmışam bəlkə,Mən bu dəyişməz təbiətimlə…Həmin adamam, həminəm həmin,İllər keçsə də ömürdən, yaşdan,Hamı dəyişir, dəyişir hamı,Hamı dəyişir bir məndən başqa…
Zəmanə yırtdı bütün üzləri,Nə qədər məxluq sifətsiz qaldı…Vətən tutmadı vətənsizləri,Vətənlilərin səfi sozaldı…
Mənim ki, yoxdur ayrı inamım,Bu ulu yurddan, vətəndən başqa,Hamı dəyişir, dəyişir hamı,Hamı dəyişir, bir məndən başqa…
Gördüyüm xəyal, yuxudur, Allah,Dünənki şair tacirdir bu gün.Tanımaq olmur çoxunu, vallah,Nə qədər lotu hacıdır bu gün…
Alış-verişdir kütlənin işi,Amalları yox gödəndən başqa…Dəyişir hamı, hamı dəyişir,Hamı dəyişir bir məndən başqa…
Möhtəkirlərin bəxti gətirir,Yeyib dağıdıb, çapıb, çalırlar…Çoxları danır millətiniİndi bir ayrı hava çalırlar…Ayrı bəy, ağa, cəllad, mürdəşir,İndi əyləşir yuxarı başda…Dəyişir hamı, hamı dəyişir,Hamı dəyişir, bir məndən başqa…
Dəyişib gözlər, dəyişib sözlər,Çoxu özündən ayrılıb bu gün…Əyriləşdilər dünənki düzlər,Düzlükdən deyir əyrilər bu gün…Bu dəyiş-düyüş, oyun.ö məsxərə,Həyat oyundu binadan, başdan…Çoxu dəyişib dönəcək hələ,Çoxu dönəcək bir məndən başqa…
Yaxşı olmağın özü demə günahmış
Mənə günah tutdular insanlığımı,Dedilər çox həlimsən, çox humanistsən…«Üzümə oxudular nöqsanlarımı»Məndə cavab verdim ki;-razıyam sizdən…
Doğru söz deyirsiniz, alqış doğruya,Sizə təşəkkür edim necə bilmirəm…Ya yaxşı, ya yamanmı, neyləyim, buyam,Əsla təbiətimdən qaça bilmirəm…
Sözüm qəribə gəldi nəsə onlara,Mən öz nəcibliyimin gülüncü oldum…Dedilər:rütbə hara, nəciblik hara,Gərək rütbə oldun qılıncın olsun…
Gərək əzazil ola başçı olan kəs,İndi bir ayrı vaxtdır, bir ayrı gündür.Don-Kixotluq bir qara qəriyə dəyməz,Xeyirxahlar balta ilə baş kəsir indi…
Vəzifə tuta bilməz mülayim insan,Sən insansan, amma ki, rəhbər deyilsən…Sən bəzi pisləri də bağışlayırsan,Heç kəsə güldən ağır söz deməyirsən…
Niyə işdən qovmursan bu tənbəlləri,Əlində nə qədər fakt, nə qədər əsas…Sən bizim kollektivə gələndən bəri,Hələ bircə nəfərdə almayıb cəza…
Biri kinayə ilə acıdı mənə,Dedi-sənə yazığım gəlir vallahı…Bir iblis də dişini qıcadı mənə;Bağışla, bu humanizim olmadı daha…
-Xasiyyətim belədir, neyləyim-dedim,Bu da yəqin xudadan mənim cəzamdır…Özgəyə pislik etmək mənə çox çətin,Özümə pislik etmək min yol asandır…
Mənə günah tutdular insanlığımı,Dedilər çox nəcib, çox humanistsən…Üzümə oxudular nöqsanlarımı,Mən də cavab verdim ki;-razıyam sizdən…
Neyləyim, anam belə büküb əskimi,Pislikdə, murdarlıqda yoxdu səriştəm……Bütün nanəciblərə etiraz kimi,axır ərizə verib çıxdım o işdən…
1993.
Kitabxana.az · https://kitabxana.az/en/works/cabir-novruz-bir-menden-basqa
Use ← → keys to move, R for a random poem
More by this author
O vaxt anam cavan idi, çox cavan,O toyların ziynətiydi, ziynəti…
Ərzin ən əvəzsiz, ən saf insanı…Səsin qulağımda, adın dilimdə,Gəzdim Mərdakanı, İbrahim dayı.
İblis təklik, gözəl təklik…Bütün aləm öz gücündə, işində,Mən qalmışam tənhalığın əlində.
Adım gəldi bu dünyayaYığırdım ömür köçümü,Adım gəldi bu dünyaya.
Poems by other poets
Taprmışam könlümü mən, türreyi-cananda imiş,Ah, cəmiyyəti-dil zülfü-pərişanda imiş.
Qəzəl: Xürrəmdir aftabi-ruxundan bəhari-hüsnXürrəmdir aftabi-ruxundan bəhari-hüsn,Rəngindir abi-ruyunla laləzari-hüsn
Mən istərəm bu meydanda nər indiAy ağalar, gəlim sizə söyləyim,Mən istərəm bu meydanda nər indi.
ای کعبهروی که گرم راهی چون پیکهشدار که خاموشی به است از لبیک