Yığırdım ömür köçümü,Adım gəldi bu dünyaya.Eynən elə özüm kimi,Adam gəldi bu dünyaya.

Dua etdim körpə balam,İsmim olsun sənə halal,Özüm diri ola-olaMüdam gəldi bu dünyaya…

Ta əzrayıl sən şarlatan,Qapımızdan itil, usan,Soyuma, köküm, əmim, babam,Atam gəldi bu dünyaya.

Əcələ qışqırdım: bil ha,Gücün çatmaz mənə daha,Korsan, bax, nə ər, əjdaha,Titan gəldi bu dünyaya…

Bu gəlişdə məna dərin,Əbədiryyat oldu yerim,Kəfənini ölümlərin,Yırtan gəldi bu dünyaya…

Təzə Cabir, eşit məni,Adaşına ver əlini,Köhnə Cabirin yerini,Tutan gəldi bu dünyaya…00 0

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Death