Bir quru adınla könlüm sevindi,Nə çörək olmusan, nə şöhrət mənə.Başqa bir peşəni seçsəydim indiBəlkə qismət idi var-dövlət mənə.

Həmdəmim olardı bəlkə nəşələr,Dolmazdı qəlbimə el dərdi-qəmi.Bu dünya yanğına düşsəydi əgər,Odu odlamazdı yenə sinəmi.

Fəqət düşünmədim bu “səadəti”,Bir sənə bağladım ürək odumu.Elə bil qazandım əbədiyyətiŞair cərgəsində görüb adımı.

Sən mənə nə verdin?Minnətsiz həyat,Nəğməli bir dodaq, azad bir ürək.İstəsən dara çək, alovlara at,O öz sözlərini yenə deyəcək!

Sən mənə nə verdin?Cəsarət, hünər.Özün də bu yolda odları keçdin,Babam Nəsimiyə, Sabirə məgərHəmin cəsarəti sən verməmişdin?!

Dözümdə bu yurdun dəmirağacı,Fəqət zəriflikdə qızıl laləsən.Həqiqətə – ana, mərdliyə – bacı,Mənim gözlərimdə, şerim, beləsən.

Mənimçün biçinçi dəryazı kimi,Mənimçün dəmirçi gürzü kimisən.Vətənin torpağı, səması kimi,Ata ocağının gözü kimisən.

Doğrusu, bilmirəm,Özümə də mənDönüklük etmişəm həyatda bəlkə,Sənin şərəfinə, fəqət, qətiyyənŞerim,Vurmamışam kiçik bir ləkə.

Bəlkə buna görə ağır günümdəOğlumdan, qızımdan, dostumdan əvvəlSən ümid rəmzitək durdun önümdə,Etibar rəmzitək mənə verdin əl?!

Bəzən sellər kimi hey köpürdən də,Bəzən bulaq kimi quruyan da sən.Mənə hamıdan çox qəzəb verən də.Məni hamıdan çox qoruyan da sən.

Uzaq dağ kəndinə, aran kəndinəApardın adımı qanadlı quştək,Bağlı qapıları sən açdın mənə,Gözümə nur verdin, əlimə çiçək.

Vətən sərhədini bu vaxta qədərKeçib yad bir elə getmədim,ancaqÜzümü görməyən uzaq ölkələrSəni tanıdılar özümdən qabaq.

Sən nəsən mənimçün?Vətən, su, torpaq,Nə qədər sən varsan, demək varam mən.Şerim,ona görə hamıdan qabaqSənə minnətdaram, minnətdaram mən!

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Homeland