Baş tutmadı hitlerçilərin hiyləsi, rəngi;Gəl indi düşündür bu dəbəng oğlu dəbəngi.

Bir gör bu şərəfsiz nə qədər şişdi, qudurdu,Çexlərdə gedib bir yekə sallaqxana qurdu.Onlar da bunun başçısını qorxmadı, vurdu!Çıxdı canı bir bombada, tərpənmədi əngi,Gəl indi düşündür bu dəbəng oğlu dəbəngi.

Bilsin bunu, qoy anlasın Hitler kimi naşı,İşğal olunan ölkələrin torpağı, daşıVulkan kimi bir gün coşacaqdır ona qarşı.Ellər bu qanın yerdə qoyarmı qala rəngi?Gəl indi düşündür bu dəbəng oğlu dəbəngi.

Hitlerçilərin dilləri var, gözləri kordu,Qırdırdı nemes xalqını, haqsız yerə yordu,Bir toy tutacaq onlara axır Qızıl Ordu.Tarix özü də qeyd edəcək bir belə cəngi,Baş tutmadı hitlerçilərin hiyləsi, rəngi,Gəl indi düşündür bu dəbəng oğlu dəbəngi,

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Homeland